Villanova təcili əməliyyat olunmalıdr
İspaniyanın nəhənglərindən və dünyanın ən populyar klublarından olan “Barcelona” bəd xəbərin təsiri altındadır. Belə ki, klubun baş məşqçisi Villanovanın 2011-ci ildə dəf etdiyi xərçəng xəstəliyinə yenidən yoluxduğu üzə çıxıb.
“Barcelona” klubu məsələ ilə bağlı hər hansı açıqlama verməyib. Amma bu xəbər artıq “Barcelona” tərəfdarlar arasında böyük əks-səda yaradıb. Təcili əməliyyat ediləcəyi gözlənilən Vilanova ilə bağlı “Barcelona” klubunun bir az sonra qərar verəcəyi deyilir.
Villanova, keçən mövsümün sonunda Qvardiolanın gedişi ilə “Barcelona”nın baş məşqçisi təyin olunub.
Bundan əvvəl “Barcelona”nın müdafiəçisi Erik Abidal da xərçəngə tutulmuşdu, amma müalicədən sonra xəstəliyi dəf edə bildi.


