Demokratiyanın həlledici dalğası
Fəxrəddin Mehdili
24 fevral 2022-ci il tarixdə qlobal dəyişiklilərin başlanğıcı kimi qalacaq. Rusiya ordusunun Ukraynaya təcavüzü öz xarakterinə və Ukrayna xalqına həmrəy olan ölkələrin sayına, gözlənilən nəticələrinə görə üçüncü dünya müharibəsinin mərhələsidir.
Müharibə xarakterinə görə demokratik sistemlərlə avtoritar rejimlərin, liberal- demokratik dəyərlərlə avtoritar təfəkkürün və xalqların azadlıq ideyaları ilə imperiya ambisiyalarının arasındakı müharibədir.
Müharibədə Rusiyanın məğlubiyyəti labüdür, Rusiya bu müharibəyə başlamaqla əslində məğlub olmuşdur. Təcavüzün bütün ağrılıqlarının Ukrayna xalqı və onun parlaq lideri Vladimer Zelenskiy əzimkarlıqla, fədakarlıqla dəf edir.
Müharibədə Ukrayna xalqı təkcə öz azadlığı uğrunda deyil, həm də rejimlərdə yaşayan xalqların azadlığı uğrunda mübarizə aparır. Bu böyük tarixi missiyadır.Ukrayna xalqının mübarizəsində demokratiyanın taleyi, dünyanın gələcək inkişafı həll olunur. Ona görə də dünyanın bütün demokratik düşərgəsi Ukrayna xalqının yanındadır və ona köməyini, həmrəyliyini göstərirlər.
Rusiya rejiminin çökməsi iki variantla reallaşacaq. Demokratik dünya Rusiya rejiminin iqtisadi, siyasi, diplomatik, hərbi, pisxoloji tükənməsi və iflasına üstünlük verir. Antirejim koalisiası genişlənir, Ukrayna Avropa İttifaqı üzvülyünə namizəd kimi qəbul olundu, Gürcüstan və Moldova Avropa ittifaqının üzvülüyünə daxil olmaq üçün ərizə ilə müraciət etdi, əvvəllər NATO-ya üzvülüyündən söhbət getməyən Finlandiya Parlamenti ölkəsinin NATO üzvülüynə öz razılığını verir. Hadisələrin surətlə bu istiqamətdə cərəyan etməsi Rusiya rejiminin iflasını surətləndirir. Və bu rejim Rusiya xalqının şiddətli müqaviməti ilə iflasa uğrayacaq.
Avtoritar rejimlərin “ölüm zəngi”
Rejimlər öz xalqları və həm də dünya üçün böyük təhlükə mənbəyidir. Xalqlar belə rejimlər dövründə və xüsusui ilə rejimlərin dağılan dövründə böyük məhrumiyyətlər yaşayırlar, qurbanlar verirlər. Rusiya xalqı da bu gün belə məhrumiyyətləri yaşayır. Tarix göstərir ki, öz taleyilərinə biganəlik, rejimlərlə barışmaq insanları, xalqları məhrumiyyətlərə aparır. Hakimiyyət insanı korlayır, mütləq hakimiyyət insanı mütləq mənada korlayır. Bir şəxsin uzun illərlə hakimiyyətdə qalması, hakimiyyət hərisiliyindən, təkəbbüründən ölkə konstitutsiyasının başına oyun açması və buna insanların susması belə də faciəli qutarmalı idi. Insanların ən böyük faciəsi tarixdən ibrət götürməməsidir.
Rusiya rejimi NATO ölkələrinə qarşı provokasiyaya yol vermiş olsa, bu da istisna olunmur, bu halda NATO hadisələrə müdaxiləsi reallaşacaq, görünür NATO ölkələrini nüvə təhlükələrindən sovuşdurmaq üçün texniki, hərbi, preventiv tədbirlərə malikdir.
Rusiya rejiminin iflasının iki qlobal dəyişikliklə nəticələnməsi gözləniləndir. Birincisi, Rusiya imperiya kimi dağılacaq və nəticədə onlarla yeni dövlətlər meydana gələ bilər.
İkincisi, Rusiya rejiminin çökməsi həm də avtoritar rejimlər üçün ölüm zəngidir. Bütün avtoritar, totalitar rejimlərin çökməsi, iflası surətlənəcək. Rusiya bu rejimlərin dayağı funksiyasını yerinə yetirir.
Vaxtı ilə ABŞ –ın məhşur alimi Fukuyama “Tarixin Sonu” əsərində bu proseslərinin baş verməsinin nəzəri əsasını göstərmişdi. Böyük alim tarixin sonunu deyərkən liberal demokratik dəyərlərin bütün dünyada bərqərar olması ilə rejimlərin sona çatacağının proqnozunu vermişdir. Tarixin sonu elə rejimlərin sonudur.
Dünya yeni inkişaf mərhələsinə möhtacdır
Dünya o qədər qloballaşıb ki, dünyanın hər hansı bir guşəsində baş verən haqsızılıq, ədalətsizlik bütün dünya üçün təhlükədir. Rejimlər isə korrupasiyaların, terrorun, müharibələrin, qanlı münaqişələrin, beynəlxalq cinayələtlərin mənbəyinə çevrilib. Ona görə də dünya rejimlərdən qəti olaraq xilas olmaq yolunu tutmuşdur.
Ukrayna xalqının,demokratik dünyanın qələbəsi yeni dünya qaydası yaradacaq. Yeni dünyada mütləq hakimiyyətlərə yer olmayacaq, Dünya demokratik dəyərlərlə insan haqlarına hörmətlə idarə olunacaq. Dövlətlərin gücünü orduların və nüvə başlığlarının sayı deyil, ölkə vətəndaşların rifahını müəyyən edəcək. Sərhədlər tədricən silinəcək, Avropa İttifaqı kimi birliklər yaranacaq.
Məhz belə gələcək üçün Ukrayna xalqı və demokratik dünya mübarizə aparır və qalib gələcəkdir.