Ukraynaya hücumun 6-cı günü. Rusiya ordusu 65 kilometr uzanır

Xarkovun mərkəzinə raket atılıb

Ukraynanın ikinci böyük şəhəri olan Xarkovun mərkəzindəki Azadlıq Meydanına zərbə endirildiyi xəbər verilir. BBC-nin məlumatına görə, Rusiya sərhədi yaxınlığında yerləşən şəhərdə regional hökumətin binası raketlə vurulub.

Ukrayna Gürcüstandakı səfirini geri çağırır

Ukrayna Gürcüstandakı səfiri İqor Dolqovu məsləhətləşmə üçün geri çağırır.

“Bizə kömək etmək istəyən könüllülərə maneəyə, sanksiyalara münasibətdə mənəviyyatsız mövqeyə görə”, – Ukrayna prezidenti videomüraciətində deyib.

Mariupol mühasirəyə alınır

Martın 1-də Rusiya qüvvələrinin Mariupol liman şəhərini də mühasirəyə almağa çalışması xəbərləri gəlir. Məlumatlara görə, Rusiya qüvvələrinin hücumlarından sonra Mariupol elektriksiz qalıb.

Rusiyanın Ukraynaya hücumu davam edir

Kiyevin qərbindəki Buça şəhərində paytaxta doğru irəliləyən Rusiya hərbçiləri ilə Ukrayna hərbçiləri arasında döyüşlər getdiyi bildirilir.

Azadlıq radiosu