Rusiyanın bütün ərazislərində güclü şaxtalar qeydə alınıb.
Milli.Az-ın xəbərinə görə, belə soyuq hava Rusiyada sonuncu dəfə 1938-ci ildə olub. Moskvada və Sankt-Peterburqda hazırda havanın temperaturu -18 dərəcədir. Sibirdə və Kolımda isə temperatur -50 dərəcəyə çatır.
Hər yerdə temperatur normadan 10-15 dərəcə aşağıdır. Bir neçə regionda artıq şagirdlər bir həftədir ki, evdə təhsil alırlar.
Xakasiyada termometrin göstəriciləri -40 dərəcədən yuxarı qalxmır. Respublika ərazisində evsizlərin qızınması üçün sığınacaqlar açılıb.
Maqadan vilayətinin dörd rayonunda havanın temperaturu -50 dərəcədən də aşağıdır. Kamçatkada güclü qar aviasiyanın hərəkətini məhdudlaşdırıb.
Samaranın isə 2 rayonunda uşaq baxçaları və məktəblər işləmirlər.


