Ukraynaya hücumun 5-ci günü

Ukraynada döyüşlər davam edir

Rusiyaya qarşı beynəlxalq sanksiyalar isə daha da sərtləşdirilir.

Rusiya rublu üzüaşağı gedir

Ötən həftəsonu dollara qarşı məzənnəsi 83.7 olan rubl bu gün 114-ə düşüb.

Banki.ru-nun məlumatına görə, kommersiya bankları daha aşağı məzənnə təklif edirlər – 1 dollar 120-140 rubla satılır.

Rubl Azərbaycanda 20 faizdən çox ucuzlaşıb

Fevralın 28-də Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0.0157 manat (1 manat/63.69 rubl) təşkil edib.

Ukrayna üçün “həlledici 24 saat”

Fevralın 28-də səhər saat 4-dən Rusiya qüvvələri Ukrayna paytaxtı Kiyevi və Xarkov şəhərini atəşə tutmağa başlayıb. Bu arada Rusiya və Ukrayna nümayəndə heyətləri Belarus sərhədində danışıqlara başlamalıdırlar. 

Azadlıq radiosu