Rusiyanın Ukraynaya təcavüzünün 4-cü günü- Zelenski: Putunlə bağlı Haaqa məhkəməsinə müraciət olub

Almaniya Rusiya təyyarələri üçün səmasını 3 ay müddətinə bağlayır

İtaliya və Almaniya Rusiya üçün hava məkanını bağlayır. Almaniyanın bununla bağlı qərarı fevralın 27-si Moskva vaxtı ilə saat 17:00-da qüvvəyə minir. Rusiya təyyarələri üçün Almaniya hava məkanı 3 ay müddətinə bağlı qalacaq.Bu barədə “Handelsblatt” qəzeti Almaniya Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

İsveç də hava məkanını bağlayacaq, AB naziri Hans Dahlqren İsveç Radiosuna müsahibəsində bildirib.

İtkilər

Ukrayna Müdafiə Nazirliyi bildirir ki, Ukraynada hərbi əməliyyatlar başlayandan bəri 4300-ə yaxın rus əsgəri həlak olub.

Rusiya ordusunun 27 təyyarə, 26 helikopter, 146 tank, 706 zirehli texnika, iki pilotsuz uçuş aparatı, iki gəmi və qayıq və digər texnikanı itirdiyi bildirilir.

Rusiya Müdafiə Nazirliyi ölənlər və hərbi texnika itkiləri barədə hələlik məlumat verməyib.

Putinlə bağlı Haaqa məhkəməsinə müraciət

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna Haaqa Beynəlxalq Məhkəməsində Rusiyaya qarşı iddia qaldırıb.

Azadlıq radiosu