YAP-çı deputatdan keçmiş rektora ittihamlar
YAP-çı deputat Siyavuş Novruzov Moderator.az-a açıqlamasında Elşad Abdullayevin son videomüsahibəsinə münasibətini bildirib. YAP rəsmisinin sözlərinə görə, Elşad Abdullayev indiyədək verdiyi müsahibələrdə bir-birini təkzib edən fikirlər səsləndirib.
O, ABU rektorunun qardaşının oğurlanmasında güc strukturlarınıı ittiham etməsinin də böhtan olduğunu deyib: “Bunlar yalan, böhtandır. Bu məsələ ilə bağlı Baş Prokurorluqda yeni istintaq qrupu yaradılıb və proses gedir. Elşad Abdullayev Fransada oturub, bəyanatlar verməkdənsə, gəlib, istintaqın suallarını cavablandırsın və kömək etsin. Onun bir neçə video müraciəti yayılıb. Diqqət etmisinizsə, hər birində ziddiyyətlər ortaya çıxır. Müsahibənin başlığında bir söz deyir, sonunda başqa söz deyir. Rabitəsiz cümlələr, bir-birini təkzib edən yüzlərlə ifadələr var. Mən hesab edirəm ki, o ümumiyyətlə, Azərbaycana gətirilməlidir. Onun ekstradisiyası həll olunmalıdır. O danışdıqlarını sübut etməlidir. Oturub, Fransadan gündə bir söz söyləməklə istintaqa kömək etmək olmur. Gəlsin, burada istintaqın yanında olsun”.


