ulduz fali

Günün ulduz falı (19.12.2012)

QOÇ
Maraqlı olmasa da, pis gün deyil. Gün daha çox intellektual əmək baxımından dəyərlidir. Gün planların reallaşdırılması üçün münasib deyil.
BUĞA
Problem və çətinlikləriniz, əsasən işgüzar müstəvidə özünü göstərəcək. Bu müstəvidə siz daim öz maraqlarınız uğrunda mübarizə aparmalı olacaqsınız. Bir sıra nailiyyətlər qazanacaqsınız. Amma bu da sizə asan başa gəlməyəcək.
ƏKIZLƏR
Çox uğurlu gündür. Istənilən təsadüfdən öz maraqlarınız üçün istifadə edəcəksiniz. Yaradıcı və enerjilisiniz. Gün dostluq görüşü üçün əlverişlidir.
XƏRÇƏNG
Əla, rahat gündür. Bu günə təyin etdiyiniz görüşlərin yaxşı keçəcəyi bildirilir. Işdə məhəbbət macərasının başlanması ehtimalı var. Bu macəra sizə çoxlu sevinc gətirəcək.
ŞIR
Sizin üçün asan olmayacaq. Gün gözlənilməz və xoş olmayan xəbərlə yadda qalacaq. Dərhal qərar qəbul etməli olacaqsınız, amma siz qərar verməkdə çətinlik çəkəcəksiniz. Işgüzar münasibətlərdə gərginlik artacaq.
QIZ
Bu gününüzə xüsusi gün demək olmaz. Günün ikinci yarısı pis xəbər gətirəcək. Pulla ehtiyatlı davranın, nahaq yerə pul xərcləyəcəyiniz bildirilir. Istənilən görüşünüzü günün ortalarına təyin etməyiniz tövsiyə olunur.
TƏRƏZI
Qarşınızda kifayət qədər maraqlı imkanlar açılacaq. Gün müxtəlif eksperimentlər üçün yararlıdır. Bu gün qeyri-adi alış-verişə imza ata bilərsiniz. Istənilən əşyanı satın almağınıza ulduzlar etiraz etmir.
ƏQRƏB
Bu gün istənilən işə zaman ayıra biləcəksiniz. Dostlarınızla görüşə bilərsiniz, onlar sizi görməyə şad olacaqlar. Sizin də əhvalınız yaxşılaşacaq. Sevindirici hadisələrdən biri də romantik görüşlə bağlı olacaq. Bu gün küsdürdüyünüz adamın könlünü ala bilərsiniz.
OXATAN
Bu gününüzü istər ev, istərsə də işgüzar məsələlərin həllinə həsr edə bilərsiniz. Çətin situasiyalarda özünüzü itirməyəcəksiniz, şəraitə uyğun hərəkət etməklə əhvalınızın da pozulmamasının qarşısını alacaqsınız.
OĞLAQ
Başqalarının dərdinə çarə tapmaq istiqamətində hərəkətə keçirsiniz. Lakin bir də ayılacaqsınız ki, özünüzü düşünmürsünüz. Bu zaman konflikt yarana bilər, çünki ətrafdakıların sizsiz keçinmək fikirləri yoxdur.
DOLÇA
Müsbət tendensiyalar güclü olacaq. Ulduzlar sizi bütün yeni başlanğıclarda dəstəkləyəcəyini vəd edir. Görüşləriniz yaxşı keçəcək, özünüzə dost da, müttəfiq də tapa bilərsiniz. Alış-veriş üçün münasib gündür.
BALIQLAR
Hazırlıq günüdür. Amma bir işi axıradək edəcəyiniz sual altındadır. Maliyyə işləri xüsusi diqqət tələb edəcək. Evdə darıxacaqsınız deyə, geniş kampaniyada istirahət edə bilərsiniz.