Əgər siz yalnız telefonla danışırsınızsa, o zaman radikal dəyişikliyə hazır olun. İBM şirkətinin işçiləri 2018–ci ilin komputerinin necə olacağı barədə aşıqlama veribər. “azadliq.info”-nun xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu haqda The Daily Mail -ə danışan Mark Priq onun 5-ci hissinin olacağını deyib.
Yeni texnologiyalı sensor ekran daha coxbilmiş olacaq. Onlar bizim əvəzimizə daha rasional və analitik şəkildə düşünəcəklər. Bu kiçik maşınlar öz sahibinə düşünməkdə kömək edəcək .
Səhiyyə, ticarət, kənd təsərrüfatı sahələrində istədiyimiz informasiyanı almaqda bizim köməyimizə çatacaqlar. Məsələn, xəstənin müayinəsi zamanı onun hansı toxumasının zədələndiyini ortaya çıxararaq o informasiyanı xəstəlik tarixçəsinə əlavə edəcək.
Yeni sensorlar səs tezliklərini qəbul edərək körpünün möhkəmliyini və ya onun nə vaxt dağıla biləcəyini, uşağınızın nə səbəbdən ağladığını sizə deyə biləcəklər.
Beləliklə ağıllı texnologiya sizin yeni dostunuz olacaq.
azadliq.info




