Dekabrın 18-nə keçən gecə Bakı şəhərinin Xətai rayonu ərazisində baş vermiş yol qəzasında ölən şəxs polis polkovnik-leytenantı olub. “Lent.az”ın Xətai rayon Polis İdarəsinə istinadla verdiyi məlumata görə, Nobel prospektində üzü mərkəzə doğru hərəkət edən “Mercedes” markalı, 90 RN 429 nömrə nişanlı avtomobil qəfil yolun əks istiqamətinə çıxıb. Avtomobil Naxçıvan MR, Babək rayon sakini, 1986-cı il təvəllüdlü İbrahimov Emin Dilsuz oğlunun idarə etdiyi “Hovo” markalı yük maşınına çırpılıb. Nəticədə “Mercedes”in sürücüsü, Bakı Metropolitenində Polis Şöbəsinin rəisinin şəxsi heyət üzrə köməkçisi, polis polkovnik-leytenantı, 1967-ci il təvəllüdlü Əhmədov Mais Hadı oğlu hadisə yerində keçinib. Avtomobildə olan 25-30 yaşlı qadın isə ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Polis polkovniki yol qəzasında öldü
•


