Gülər Əhmədovanın həbsi xəbərinə rəsmi münasibət

Baş Prokurorluq: “Gülər Əhmədovanın həbs edilməsi ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir”

Baş prokurorluq sabiq millət vəkili Gülər Əhmədovanın həbsi barədə yayılan informasiyalara münasibət bildirib.
Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, Gülər Əhmədovanın həbs edilməsi ilə bağlı bəzi kütləvi informasiya vasitələrində yayılan informasiyalar həqiqəti əks etdirmir və təkzib olunur: “Hazırda qeyd edilən cinayət işi üzrə zəruri prosessual hərəkətlər həyata keçirilir. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Qeyd edək ki, ötən gecə G.Əhmədovanın həbs edilməsi barədə məlumatlar yayılıb.