Ləzgi diasporasından Söyün Sadıqova dəstək

Federal Ləzgi Milli Mədəni Muxtariyyatının (FLMMM) prezidenti Arif Kərimov “AzərRos” prezidenti Söyün Sadıqova dəstəyini ifadə edib.  

“AzərRos.ru” saytında yerləşdirilən müraciətdə deyilir:

Federal Ləzgi Milli Mədəni Muxtariyyatı (FLMMM) Rusiya Azərbaycan Təşkilatları İttifaqı (RATİ) və onların yaradıcıları, o cümlədən yarandığı gündən FLMMM-nin əməkdaşlıq etdiyi “AzərRos” və onun prezidenti Söyün Sadıqovun ünvanına əsassız ittihamlardan narahatlığını ifadə edir. Bu hücumların mənbəyi Azərbaycandakı avtoritar rejim, hakim Yeni Azərbaycan Partiyası, hökümətin nəzarətində olan KİV-ər, “cib” müxalifəti, həmçinin Ümumrusiya Azərbaycan Konqresidir (ÜAK).
Bu hücumların əsassız olduğu göz qabağındadır. Bunu edənlərin əsas məqsədi isə RATİ-ni Kremlin proyekti kimi təqdim etmək və Azərbaycan hakimiyyətinə qarşı olduğunu deməkdir. Nəyə görə milliyyətcə azərbaycanlı olan Rusiya vətəndaşları öz ölkələrində Rusiyada olan azərbaycanlı təşkilatlara düzgün idarəetməyə və onların Rusiya ictimaiyyətinə inteqrasiyasına kömək üçün ittifaq yarada bilməzlər? Halbuki, bu günümüzün tələbidir. Bu, Azərbaycan Respublikasına necə zərər verə bilər? Əslində belə təşkilatçılıqda ilk növbədə Azərbaycan maraqlı olmalıdır. Ancaq  digər ümumrusiya təşkilatı olan ÜAK vasitəsilə Rusiya ərazisində dağıdıcı fəaliyyət göstərir. Rəsmi Bakının qəzəbinin səbəbi bəllidir – axı RATİ onun növbəti layihəsi ola bilmədi. Nəzarətsiz ictimai qurumlar avtoritar rejimi çox qıcıqlandırır. Çünki o, Azərbaycan sakinlərinin çiçəklənməsində maraqlı deyil, əksinə öz hökumətinin möhkəmlənməsi üçün çalışır, bunun üçün də diaspora təşkilatlarından istifadə edir. Bizə haqsız olaraq böhtana uğrayan Söyün Sadıqovun hissləri bəllidir. FLMMM yarandığı gündən onu rüsvay etmək üçün ən çirkin yollara əl atan Azərbaycanın hökuməti tərəfindən daim təzyiq hiss edib. Biz təkbaşına Azərbaycanın dövlətinin özbaşınalıq maşınına qarşı durmaq məcburiyyətində qalmışıq. “AzərRos” prezidenti Söyün Sadıqov FLMMM-nin heç bir tədbirində iştirakından boyun qaçırmazdı. Rejimin əleyhdarları siyahısına düşənə kimi bizə rəsmi Bakıdan olan təzyiqlərin miqyasını təsəvvür edə bilmirdi. S.Sadıqov hər zaman ləzgi, talış, avar və Azərbaycanın digər xalqlarının ictimai təşkilatları ilə dialoqa açıq olub. O cümlədən onun Azərbaycan və azərbaycanlıların imicinə müsbət təsirini və Rusiya ərazisində yaşayan azərbaycanlıların öz xüsusiyyətlərini qorumasında təsirini vurğulamamaq da olmur. FLMMM RATİ-yə və Söyün Sadıqova qarşı kampaniyanın dayandırılmasına çağırır, Azərbaycan diasporasının təşəbbüsünü dəstəklədiyini bildirir, ona Rusiya və Azərbaycan xalqlarının rifahı üçün fəaliyyətlərində uğurlar arzulayır.

FLMMM prezidenti Arif Kərimov