Ən sirli mason lojasına türk sədr seçildi

Vaşinqtonun ən sirli mason lojası ‘Potomac Lojası”na bu gündən etibarən Çətin Durak adlı bir türk liderlik edəcək.
Çetin Durak Türkiyənin Vaşinqtondakı lobbi işlərinə rəhbərlik edən Ünal Durakın oğludur. Bloomberg qrupunda çalışan Çetin Durak ABŞ-ın seçmə universitetlərində oxuduqdan sonra iş dünyasında da əhəmiyyətli müvəffəqiyyətlərə imza atdı.
Dan Brounun “İtkin simvol” adlı kitabında haqqında danışılan “Potomac Lojası” ABŞ-ın qurucularından Corc Vaşinqtonun çəkicini də daşıyır. “Kəşfiyyatçılar lojası” kimi də tanınan “Potomac”ın üzvləri arasında, MKİ və FTB-nin üst səviyyəli idarəçiləri, məhşur isimləri də yer alır.

Mason lojasının türk sədri (ortada)

Vaşinqtonun çəkici