İlham Əliyevin dərman menecerinin Londonda milyonları müsadirə edildi

Milli Şuranın sədri, professor Cəmil Həsənli

Milli Məclisin deputatı Cavanşir Feyziyevin Azərbaycanın dərmana və müalicəyə ehtiyacı olan vətəndaşlarının cibindən, həyatından yüngül desək daldaladığı pullardan Britaniya büdcəsi də feyziyab oldu. Bu günLondonun Vestminster məhkəməsi Feyziyevlər ailəsinin Azərbaycandan əyri və natəmiz yollarla çıxatdığı 15,3 mln. funt sterlinqin 5,6 mln. funt sterlinqinin müsadirə olunmasına qərar verdi. Yeri gəlmişkən ölkədən oğurlanmış vəsaitlərlə bağlı qarşıda daha sürpriz məhkəmə prosesləri gözlənilir.

Üç həftə idi məhkəmə prosesi davam edirdi. Vestminster məhkəməsinin müsadirə etdiyi 5,630,994.19 funt-sterlinqi pulun 4,4 milyon funt-sterlinqi deputat Feyziyevin xanımının, 1 milyon funt-sterlinqi oğlu Orxanın, 240.000 funt-sterlinqi də qardaşı oğlu Elmanın adına olub.

Araşdırma zamanı Feyziyevin ailə üzvlərinin adına olan hesabların dondurulması haqqında altı sərəncam verilib. Eyni zamanda o da məlum olub ki, mənbəyi şübhə doğuran bu vəzaitlər Azərbaycan korrupsiyasının əsas magestral yolu olan Estoniya və Latviyadan keçməklə saxta şirkətlər vasitəsilə yuyulub.

Feyziyevlərin təqdim etdiyi arayışlar, müqavilələr, sənədlər məhkəmədə öz təsdiqini tapmayıb. Prosesin bu mərhələsinə yekun vuran hakim Con Zani “bu sənədlərin tamamilə saxta olduğunu və pulların yuyulmasını ört-basdır etmək üçün hazırlandığını” bildirib və əlavə edib ki, işdə bununla bağlı təkzibolunmaz dəlilləri vardır”.
Məsələnin maraqlı tərəfi başqadır. Azərbaycanın Baş Prokurorluğu, DİN-i, DTX, Məhkəmə orqanları və onlarla korrupsiyaya qarşı “mübarizə” komissiya və komitələri var. Bu qədər nəzarət orqanları ola-ola ölkənin ən mədəni deputatlarından biri sayılan (Nizami ilində “Qoca Şərqin nur mənbəyi-Nizami Gəncəvi” mövzusunda böyük bir kitab yazıb) fəlsəfə doktoru Cavanşir Feyziyev Azərbaycan manatı ilə təxminən 34 milyon manat edən (əlbəttə bu yalnız bir istiqamət üzrədir) mənbəyi bəlli olmayan vəsaiti necə ölkədən çıxara bilib, Estoniya və Latviyadan dolandıraraq sərbərah edə bilib.

Necə olub ki, 2-3 yüz manat öz börcunu aldığına görə 13 il iş alan Niyaməddin Əhmədovu, siyasi məhbus aylələrini 5 il ərzində toplam 5 min manat yardım üstündə 7,3 il cəza verdiyi Saleh Rüstəmlini, 1200 manat pulu siyasi məhbus ailələrinə çatdırdığına görə 4 il hökm ozxunan Aqil Əli Məhərrəmi görən polis, müstəntiq, prokuror, DTX-çı, hakim 34 milyon manat vəsaitin ölkədən çıxarılması görə bilməyib. İndi onların görə bilmədiyi işi Britaniya Milli Kriminal Agentliyi (NCA), Britaniya müstəntiqi, Britaniya məhkəməsi görürü.

Bilirsiniz niyə? Ona görə ki, bizim ölkədə gizlin oğurluq, korrupsiya yoxdur. Razıladırılmış oğurluq, şəbəkələşmiş korrupsiya var və onun da başında İlham Əliyev dayanır. Bu İlham Əliyevin qurduğu sistemdir. Cavanşir Feyziyev də Əliyev ailəsinin dərman biznesinin (əslində dərman mafiyasının) əsas menecerlərindən biridir. Budur əsas səbəb