Suriya fəalları hökumət qüvvələrinə məxsus hərbi təyyarələrin paytaxt Dəməşqdən cənubda yerləşən Yarmuk fələstin düşərgəsini bombaladığını bildirir.
Səkkiz adamın öldüyü haqda məlumat verilir.
Fəallar Yarmuk qaçqın düşərgəsinin 2011-ci ildə mart ayında prezident Bəşar Əl-Əsəd tərəfdarı qüvvələrin xalq üsyanını yatırmağa başladığı vaxtdan ilk dəfədir hücuma məruz qaldığını deyib.
Suriyanın başqa bölgələrində üsyançı qüvvələri Hələb şəhəri yaxınlığında hökumət ordusu ilə döyüşdən sonra hərbi akademiyanı ələ keçirdiyini bildirib.
Suriya hökuməti müstəqil jurnalistlərin ölkədə fəaləiyyət göstərməsinə imkan vermədiyi üçün Yarmuk düşərgəsində hücum, ya da hərbi akademiyada döyüş haqda məlumatları təsdiqləmək mümkün deyil.


