Əhmədinejad inqilab keşikçilərindən kömək istəyib

İran prezidenti Mahmud Əhmədinejad İslam İnqilabı Keşikçiləri Korpusuna üz tutaraq aktivlərinin bir hissəsini satıb ölkə iqtisadiyyatına yardım etmələrini istəyib.
Bu barədə BBC-nin məlumatında deyilir. İİKK İranın ən varlı institutlarından biridir və iri torpaq sahələri, daşınmaz əmlaka sahibdir. Həmçinin dəniz daşımaları, rabitə vasitələri və netf-qaz sahəsində iri investordu.

Ekspertlər hesab edir ki, İran prezidentinin İİKK-ə müraciəti beynəlxalq birliyin sanksiyalarının səbəb olduğunu ölkədəki iqtisadi və maliyyə böhranın dərinləşməsindən xəbər verir. Bu eyni zamanda inqilab keşikçilərinin iqtisadi qüdrətinin etirafıdır. İrandakı böhran nüvə proqramına görə beynəlxalq aləmin qəbul etdiyi sanksiyalarla bağlıdır.
Bir çox iranlılar Əhmədinejadı ölkənin maliyyə resurslarını düzgün idarə etməməkdə ittiham edir. Nəticədə milli valyutanın dollara nisbətdə məzənnəsi rekord dərəcədə aşağı səviyyəyə düşüb.

Azadlıq.info