Mingəçevirdə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib


7 yaşlı qız dünyasını dəyişib


Mingəçevir şəhərində dəm qazından zəhərlənmə hadisəsi baş verib. Hadisə şəhərin məcburi köçkünlərin məskunlaşdığı “Yeni Həyat” qəsəbəsində yerləşən evlərin birində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Aişə Şirinova qızları Nigar və Lalə Şirinovanı içərisi yarıya qədər suyla dolu vannada çimizdirən zaman anidən huşunu itirərək yıxılıb. Yaxınları vanna otağına daxil olan zaman qadının yerdə, 10 yaşlı Lalənin vannada huşsuz vəziyyətdə olduğunu, 7 yaşlı Nigarın isə suda boğulduğunu görüblər. Hər 3 şəxs dərhal Təcili yardım birqadası ilə xəstəxanaya çatdırılıblar. Lakin həkimlərin səyinə baxmayaraq 7 yaşlı Nigarın həyatını qurtarmaq mümkün olmayıb.


Dəm qazından zəhərlənən ana A.Şirinova və böyük övladı L.Şirinova xəstəxanın reanimasiya şöbəsinə yerləşdiriliblər. Qadına həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Vəziyyəti qənaətbəxş olan L.Şirinovanın müalicəsi isə davam etdirilir.
Qeyd edəki ki, onların vanna otağında dəm qazından zəhərləndiyi, qadın və uşaqlarının bu səbəbdən huşlarını itirdiyi və huşu özündə olmayan 7 yaşlı qızın suda boğulduğu ehtimal olunur.


Faktla bağlı araşdırma aparılır.


Azər