Misirin səsvermə hüququ olan seçicilərinin yarısı bu gün yeni konstitusiyaya dair referendumda iştirak edib.
Ölkə əhalisinin yarısı isə dekabrın 22-də səs verəcək. Səsvermənin iki həftə bir-birinin ardınca şənbə günü keçirilməsi qanunla səsverməyə nəzarət etməli olan ədliyyə işçilərinin boykotu ilə əlaqədardır.
Misir prezident Məhəmməd bir neçə həftədir sürən zorakılıqlar və nümayişlərə səbəb olmuş mübahisəli konstitusiya layihəsinə dair referendumda səs verib.
Misir rəsmiləri asayişin pozulumaması üçün uzun növbələrin yarandığı səsvermə məntəqələrinə120 min əsgər yerləşdirildiyini bildirir.
Təqdim edilmiş konstitusiya layihəsi prezident Məhəmməd Mursinin əvvəl üzvü olduğu “Müsəlman Qardaşları” partiyası tərəfindən dətəklənir. Cənab Mursi bu ilin əvvəli prezident seçildikdən sonra partiyadan çıxıb.
Liberal və dünyəvi qrupları, habelə xristianları təmsil edən müxaliflər islam qanunlarının gücləndirilməsini nəzərdə tutub, qadın hüquqlarını toxunmadığına görə konstitusiyanın ölkədə vətəndaş hüquqlarını məhdudlaşdıracağından ehtiyat edirlər.


