32 sığınacaq dağıdıldı, terrorçu qruplar zərərsizləşdirildi
Türkiyə ordusu PKK terror təşkilatına qarşı Şırnakda apardığı qış əməliyyatı çərçivəsində 32 sığınacağı məhv edib. Tuncelidə isə 40 nəfərlik iki qrup zərərsizləşdirilib. Dörd günlük əməliyyatın başqa bir nəticəsi PKK-çılara məxsus 60 kq partlayıcının ələ keçirilməsidir.
Tuncelidəki əməliyyat dekabrın 15-i səhər saatlarında həyata keçirilib. Əməliyyatın aparıldığı dağlıq ərazidə 15 dərəcə şaxta, yarım metr qalınlığında qar olub. “Kobra” vertolyotları PKK-çıların olduğu sahələri sıx atəş altına alaraq bombalayıb.
Daha sonra vertolyotlardan əraziyə əsgərlər endirilib və qurudan əməliyyat davam etdirilib.
Aydın Taş