Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin sabiq deputat Gülər Əhmədova barədə yaydığı qalmaqallı videolarda pul alış-verişində vasitəçi kimi adı hallannan M.Ə.Sabir adına kitabxananın keçmiş direktoru Sevinc Babayeva ilə bağlı ilginc məlumatlar yayılıb.
“AzNews.az”ın yaydığı məlumata görə, Sevinc Babayeva Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında da çalışıb. S.Babayevanın akademiyada hansı işləri icra etdiyi bəlli deyil. Bundan əlavə, sabiq kitabxana müdirəsi iqtisad elmləri namizədi olub. Buna sübut olaraq, onun S.Q.Cümşüdovla çap etdirdiyi “Telekommunikasiya sahəsində sosial-iqtisadi inkişafın sürətlənməsinin əsas istiqamətləri” adlı kitabı göstərilir. Kitab “Təhsil NPM” nəşriyyatında yığılıb.


