34 yaşlı Mingəçevir sakini intihara cəhd edib


O, bu addımı sosial yardımı kəsildiyi üçün atıb


Mingəçevirdə 34 yaşlı şəxs intihara cəhd edib.
Hadisə şəhərin “Energetiklər” yaşayış massivində, Naxçıvan küçəsi, 29 ünvanda yerləşən yataqxanada baş verib.
Belə ki, 1988-ci il təvəllüdlü Ramin Hacıağa oğlu İsmayılov kəsici alətlə özünə xəsarət yetirib. O, sol qol nayihəsinin dərin kəsilmiş-deşilmiş yarası ilə Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib.
İlkin məlumata görə, R.İsmayılov sosial yardımının kəsilməsinə etiraz əlaməti olaraq bu yola əl atıb.
Faktla bağlı araşdırma aparılır.


Azər