Rusiya Qazaxıstana desant qüvvələri göndərir

KTMT Qazaxıstanda vəziyyətin “sabitləşdirilməsi” üçün Rusiya hava-desant qüvvələri göndərildiyini bildirir.

Qurumun vebsaytında yerləşdirilmiş bəyanatda deyilir ki, Rusiya qüvvələri Qazaxıstana KTMT Kollektiv Sülhməramlı Qüvvələrin tərkibində göndərilir.

Məlumata görə, Rusiya kontingentinin əsas bölmələri “verilmiş tapşırıqları artıq həyata keçirməyə başlayıb”.

Sülhməramlı kontingentdə KTMT-nin digər üzvləri olan Ermənistan, Belarus, Qırğızıstan və Tacikistandan da əsgərlər olacaq. Qüvvənin əsas işi “mühüm dövlət və hərbi obyektlərin qorunması, Qazaxıstan Respublikasında vəziyyətin sabitləşdirilməsi və hüquqi müstəviyə qaytarılması üçün hüquq-mühafizə qüvvələrinə yardım göstərməkdir”.

Azadlıq radiosu