aslan.ismayilov

Tanınmış vəkildən “arxivlər açılsın” təklifi


Aslan İsmayılov Elçad Abdullayevin son videosuna orijinal münasibət bildirib

«MTN gözükölgəli insanları müxalifət sırasına sırıyır, hətta onlardan partiya liderləri, ictimai xadimlər ”qayırır»

Tanınmış vəkil Aslan Ismayılov Elşad Abdullayevin son videoları ilə bağlı maraqlı açıqlama yayıb. Aslan Ismayılov Facebook sosial şəbəkəsində yazıb: “Elşad Abdullayevin sonuncu videoları bir daha göstərdi ki, Azərbaycan cəmiyyətinin sağalması üçün mütləq bütün arxivlər açılmalıdır, o cümlədən bugünkü MTN-nin arxivləri.
Çünki MTN heç də keçmiş DTK-dan fərqlənmir. Necə ki, DTK insanları bütün yollarla çirkablayıb öz məqsədləri üçün istifadə edirdi, eyni ilə bu günkü MTN gözükölgəli insanları müxalifət sırasına sırıyır, hətta onlardan partiya liderləri, ictimai xadimlər ”qayırır”. Saxta parlamentdə bir gurultulu çıxışla “Milli qəhrəman” səviyyəsinə qalxanlar da var. Səmimi, sadəlöhv millətimiz isə vaxtaşırı bu qəhrəmanlara güvənir, onlar tərəfindən satılır və ümidsizliyə yuvarlanır. Bu günə qədər hətta mən öz təcrübəmlə, Azərbaycana gəldiyim 23 ildə iqtidarlı müxalifətli kimin əli kimin cibində olduğunu ayıra bilmədim. Nə qədər ki, iqballar, arzular, rəhimlər, daha kimlər, kimlər ifşa olunmayacaq heç bir milli birlikdən söhbət gedə bilməz. Məhz iqballar, arzular, rəhimlər ramizlərdən və gülərlərdən daha təhlükəlidirlər, çünki onlar gözə görümnəyən düşmənlərdir. “Otvertka” ilə çemodan açanların Azərbaycan torpaqlarını ermənilərə satmasına təəccüblənmərəm.
Elşad Abdullayevi ABU ilə ittiham edənlərin nəzərinə: O, minləri bədbəxt etdi, Sizlər isə milyonları!”