Qazaxıstan hökumətinin maye qazın qiymətinin qaldırması və avtomobillər üçün benzinə alternativ olan qaz yanacağının qiymətinin artmasından sonra ölkənin bir neçə şəhərində etirazlar başlayıb.
Qazaxıstanda ictimai etirazlara nadir hallarda rast gəlinir. Bundan əlavə, təşkilatçılar öz planlarını əvvəlcədən bildirmədiyi etmədikləri hallarda ölkədə etirazlar qanunsuz sayılırlar.
Etirazlarda minlərlə insan iştirak edib. Aksiyalar yanvarın 2-dən, maye qaz üçün maksimum qiymət məhdudiyyətlərinin ləğv edildiyi gündən başlayıb.
Ölkənin qərbində Qazaxıstanın neft sənayesinin mərkəzi sayılan Janaozen şəhərində etiraz aksiyaları keçirilib. 2011-ci ildə burada müstəqil Qazaxıstan tarixində etirazçılarla asayiş qüvvələri arasında qanlı toqquşmalar baş verib. Bu toqquşmalarda onlarla insan həyatını itirib.
Hazırkı etirazlar zamanı Janaozendə etirazçılar maye qazın qiymətinin 1 litr üçün 120 tengedən (0,27 dollar) keçən il satıldığı səviyyəyə qədər iki dəfə azaldılmasını tələb ediblər.
Qiymətin dörddə bir azaldılması ilə bağlı razılıq əldə edilib, lakin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin başçılıq etdiyi ölkə rəhbərliyi istehsal xərclərinə görə növbəti endirimlərin mümkün olmadığını bildirib.
Etiraz aksiyaları Manqistau vilayətinin inzibati mərkəzi olan Aktau şəhərinə, eləcə də “Tengizşevroil” şirkətinin subkontraktorlarının istifadə etdiyi fəhlə qəsəbəsinə yayılıb.
Yanvarın 3-də və 4-də Almatı şəhərinin baş meydanı polis tərəfindən mühasirəyə alınıb.
Şəhərin mərkəzində mobil internet bağlanıb. Yanvarın 4-də Tokayev Twitter-də bildirib ki, problemin “sabitlik maraqları naminə” həllini tapmaq üçün Aktauda hökumət komissiyası işə başlayıb.
Amerikanın səsi