Klintondan Şərqə inqilabi çağırış

“Bölgə sağlam fırtınaya tutulub; bu dalğanın qarşısında çox dayana bilməzlər”

 

ABŞ dövlət katibi Hilları Klinton Ərəb dünyasını saran dəyişiklik dalğasına dəstək verən tarixi çıxış edib. Münhendə 47-ci Təhlükəsizlik Konfransında çıxışı zamanı Klinton Tunis, Misir, İordaniya, Yəmən və Əlcəzairdəki inqilab dalğasını qəsd edərək, Yaxın Şərq və Şimali Afrikanın “sağlam fırtınaya” tutulduğunu söyləyib.

 

Klinton Misirdə insanların azadlıq istəyi ilə küçələrə çıxdığını vurğulayaraq bildirib ki, daha yaxşı gələcək və insanların azadlığı üçün strateji addımlar atılması vacibdir. Bunun arzu deyil, zərurət olduğunu ifadə edən Klinton əks halda yönətimlərlə xalqlar arasındakı uçurumun daha da böyüyəcəyini bildirib.

Klinton bölgədəki ölkələrdə bu cür gəlişmələri istəməyən çevrələrin də olduğuna işarə edərək xalqa qarşı basqıları durdurmaq üçün səy göstərməyin önəminə toxunub.
Hər cür yardıma hazır olmalarına rəğmən Misirdəki dəyişikliyi Misir xalqının gerçəkləşdirməli olduğunu deyən Klinton bu prosesin barış içində bitməsinə ümidini ifadə edib.

Klinton daha sonra deyib: “Şimali Afrika və Yaxın Şərq çox güclü hərəkatların yaratdığı sağlam fırtınayla sarsılıb. Bölgədəki liderlər bu dalğayı qısa müddətə durdura bilərlər, amma bu, uzun sürməz”.