Qənimət Zahid
Nağılda belə deyilir ki, padşahın almalarını div oğurlayırmış, evin böyük uşaqları oğrunu tuta bilmirlərmiş. Axırda kiçik oğul, yəni Məlikməmməd divi tutub cəzalandırır.
Tahir Kərimlinin identifilasiyasında iş bacarmayan böyük uşaq Sevil xanımdır. Külli aləm bilir ki, padşah əvvəlcə təğyiri- libas olub xəlq arasına çıxanda yanına Sevil xanımı alırdı, axırda birdən- birə İlham Əliyev peyda oldu.
Evin zirək və fərasətli oğlu kimi qəsd edilir.
Basat söhbəti də eyni cür anlaşıla bilər, amma təfərrüatı fərqlidir.
Basat suyun önünü kəsən əjdahanı (divi) “наказать” edir. Bu misalda neft nəzərdə tutuıa bilər və ya sel kimi axan sərvətlər.
İlham Əliyev ölkəmizin sel kimi axan sərvətlərinə tamah salan xeyli düşməni sıradan çıxarıb! Məsələn, Cəlal Əliyevin timsalında böyük bir şəbəkəni. Onların hamısı öz mafiyalarını düzəldib hakimiyyətə, bütün sərvətlərə, o cümlədən, neft gəlirlərinə, yumşaq desək, şərik olmaq istəyirdilər. İlham Əliyev onların hamısının əhədini kəsdi.
Amma Musa Urudun Günəş bənzətməsi, həm də 60 illik Günəş bənzətməsi çox naqis və qüsurludur.
Günəşin 4 milyard 603 milyon il yaşının olduğunu hesablayırlar. 60 illiyində Günəş kainat üçün heç işıldaböcək miqyasında da bir nəsnə deyildi.
Beləliklə, mən Tahir Kərimlini İlham Əliyevin personasının pozitiv müqayisəsinə, Musa Urudu isə neqativ müqayisəsinə görə qalib sayıram və bu Tahir bəyi fərqləndirməyim yerlipərəstlik üzündən deyil. O, realizmə daha yaxın olduğuna və İlham Əliyevin siyasi biqorafiyasını daha uyğun biçimdə təsvir etdiyinə görə bu yarışın qalibidir.
Məlikməmməd nağılına bir daha geri dönün: Padşahın almalarını kim çırpışdırırdı? Mənhus və məlun oliqarxlar! İlham Əliyev onların hamısının kələyini kəsdimi? Əlbəttə, kəsdi və ata mülkünü tamamilə və bütünlüklə öz sərəncamı altına saldı.
Nağılın mətnini də yoruma atıram, oxuyun və özünüz də münsif olun!