Elnur Məcidli: “Bunu Elşad Abdullayev də təsdiqləyir
Elşad Abdullayevin yaydığı son videoda deputat “Ümüd” partiyasının sədri İqbal Ağazadə olduğu ehtimal edilən İqbal adlı bir şəxsin də adı çəkilir.İqbal Ağazadə isə açıqlama verərək videoda adı çəkilən İqbalın ona aidiyyəti olmadığını bildirib. Deputat eyhamla bunun “Seçkilər” İnformasiya Mərkəzinin rəhbəri İqbal Babayev ola biləcəyini deyib.
“Avropa.info”ya açıqlamasında Elşad Abdullayevə köməklik göstərən,Fransada yaşayan bloqçu Elnur Məcidli isə videoda adı çəkilən İqbalın məhz İqbal Ağazadə olduğunu bildirib: “Bəli, videoda adı çəkilən İqbal, deputat İqbal Ağazadədir. İqbal Ağazadənin Gülər Əhmədova ilə çox yaxşı münasibəti var, ailəvi dostdular. Elşad Abdullayev də təsdiqləyir ki,videoda adı hallandırılan İqbal, İqbal Ağazadədir”.


