Bir müddətdir ki, sosial şəbəkələrdə gündəmə çevrilmiş “Avand Production” tərəfindən təşkil olunan “Pearls of Azerbaijan” mükafatını sahiblərinə təqdim edilib.
Məlumata görə, mükafatlandırma gecəsində il ərzində fərqlənən, yaddaqalan və daha çox izlənilən – trendə çevrilmiş şəxslər və şirkətlər mükafatlandırılıblar.
Gecədə mükafata layiq görülənlər sırasında bir çox tanınmış simalar yer alıb. “Azər Expert” MMC-nin rəhbəri İlham Bağırov da mükafatlandırılanlar sırasındadır. Təşkilat komitəsi İlham Bağırovu il ərzində qazandığı uğurlar və iş fəaliyyətini nəzərə alaraq mükafatlandırıb. Bundan başqa İlham Bağırov “Global Star Awards – 2021” Beynəlxalq mükafatı ilə də təltif olunub. Qeyd edək ki, “Avand Production” lahiyəsi ölkəmizdə artıq 4-cü ildir ki, təşkil olunur.

“Pearls of Azerbaijan” mükafatı sahiblərinə təqdim edildi (FOTO)
•
•