Xanlar Vəliyevin hökmranlığı davam edir

Bakı şəhər sakini Namiq Hüseynov keçmiş dostu tərəfindən aldadıldığını bildirir. Belə ki, uzun illər tanıdığı, Dövlət Sərhəd Xidmətinin zabiti olan Tural Abdullayev iş qurmaq adı ilə onun külli miqdarda pulunu mənimsəyib. İşin dostcasına həll olunmadığını görən Namiq Hüseynov şikayətçi olub. Araşdırma nəticəsində Tural Abdullayevin daha 8 nəfərə qarşı ümumilikdə bir milyon iki yüz manatdan artıq məbləğdə dələduzluq etdiyi məlum olub. İstintaq yekunlaşaraq Hərbi Məhkəməyə göndərilib. Şikayətçinin bildirdiyinə görə Xanlar Vəliyev işə qoşulandan sonra hər şey dəyişib. Prokuror 12 il azadlıqdan mərhum etmə cəzasını 21 gündən sonra 7 ilə salıb. Hərbi məhkəmənin hakimi Rafiq Abbasov isə təqsirləndirilən şəxsə 6 il azadlıqdan mərhum etmə hökmü çıxarıb. Apelyasiya instansiyasında hakim Qədim Babayev hökmü qüvvədə saxlayıb. Hazırda Ali Məhkəmədə Şahin Yusifovun sədrliyi ilə kasasiya şikayətinə baxılır.


Şikayətçilər qeyd edir ki, Tural Abdullayev yaxın qohumları bu mərhələnin də onların qələbəsi ilə yekunlaşacağını bildiriblər.
Tural Abdullayevin atası Sücəddin Abdullayev uzun ilər Sərhəd Xidmətində çalışıb, komandanın müavini vəzivəsinə qədər yüksəlib. Bacısının əri İsmayıl Daşdəmirov Xanlar Vəliyevin baldızı oğludur. Uzun illər Qocalar evinin direktoru olmuş Tural Abdullayevin bibisi Qətibə Əsədova Zakir Fərəcovla qudadır. Onun kürəkəni polkovnik Rauf Hacıyev isə Xanlar Vəliyevin ən yaxın adamı sayılır. Zərəçəkənlər bu qohumluq əlaqələrinə görə Tural Abdullayevin himayə edildiyini bildirirlər.
Yazıda adı çəkilən şəxslərin mövqe bildirmək hüququ tanınır.


azadliq.info