Milyarderlər Heydər Əliyevi anım tədbirinə qatılmayıb

Moskvada Heydər Əliyevin xatirəsinə həsr olunmuş konfrans keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Ümumrusiya Azərbaycan Konqresi və Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən təşkil olunan konfrans paytaxtın “Yunost” hotelində keçirilib.
 Konfransda Azərbaycanın millət vəkilləri, Rusiya ictimaiyyətinin nümayəndələri və Moskvada yaşayan azərbaycanlı ziyalılar iştirak ediblər. Ilk öncə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.
Maraqlıdır ki, “Milyarderlər klubu”ndan heç kəs tədbirə qatılmayıb. Onların dəvət edilib-edilmədiyi bəlli deyil. Lakin hər il Abbas Abbasov, Telman Ismayılov, Isgəndər Xəlilov, Araz Ağalarov bu tip tədbirlərdə iştirak edirdi.
Ən əsası Ilham Əliyevin qudası Araz Ağalarov da tədbirdə görünməyib.