Təxminən yarım əsr sonra ABŞ-da ağ dərili əhali çoxluq təşkil etməyəcək.
Hələlik ölkədə dominantlıq təşkil edən bu irqin nümayəndələrinin sayı 2024-cü ildə pik həddinə çatacaq. Bundan sonra durmadan azalmağa başlayan «ağlar» 2060-cı ildə həlledici nöqtəyə çatacaq. O zaman amerikalılar arasında «ağların» payı 64%-dən (197,8 mln adam) 43%-a qədər azalacaq. Eyni zamanda «rənglilərin» payı 37%-dən 57%-ə qədər artacaq. Bu barədə ABŞ əhalini siyahıya alma bürosunun məlumatında deyilir.
O cümlədən afroamerikalılar indikindən bir qədər artıq, 14,7% təşkil edəcək. Ən böyük dinamika latın amerikalılar və asiyalılar arasında müşahidə olunacaq. Birincilərin sayı ABŞ əhalisinin 17%-i təşkil edirsə, 2060-cı ildə bu göstərici 31%-a çatacaq. ABŞ sakinlərinin hər üçdə birinin kökü latın amerikalı olacaq. Analoji situasiya Asiya köklü amerikalılarla da bağlı olacaq. Onların sayı 5%-dən 8%-ə qədər artacaq. Beləliklə amerikalılar yaxın əlli ildə sayı azalan yeganə irq olacaq.
Azadlıq.info


