Massalıda ağır yol qəzası:Hərbi hissə komandiri ölüb

Azərbaycanın Masallı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə dekabrın 13-də saat 15.00 radələrində Masallı-Boradigah şosesinin rayonun Qızılavar kəndindən keçən hissəsində qeydə alınıb.

“Hyundai” markalı, 90 RG 816 dövlət nömrə nişanlı avtomobilin idarəetməni itirərək yolun kənarındakı maneəyə çırpılması nəticəsində avtomobildəki zabitlərdən biri – N saylı hərbi hissəsinin komandiri, polkovnik Vasif Şükür oğlu İmanov hadisə yerindəcə dünyasını dəyişib. Digər hərbi qulluqçu -polkovnik Əkrəm Hümmət oğlu Gözəlov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Səhiyyə Nazirliyinin Masallı Rayonlararası Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına yerləşdirilib. Avtomobili onlardan hansının idarə etdiyi hələlik məlum deyil.