Türkiyədə yerləşən məktəblərdən birinin rəhbərliyi uşaqlar arasında olan piylənmənin qarşısını almaq üçün maraqlı addım atıb. Türkiyə mətbuatının məlumatına görə, Burdur şəhərində orta məktəbdəki tənəffüs zəngi dəyişdirilib. Belə ki, klassik zəng əvəzinə indi tənəffüsdə “Gangnam Style” mahnısı çalınır.
Hər tənəffüsdə məktəbin həyətinə toplaşan uşaqlar bu mahnının oynaq melodiyaları altında istər-istəməz rəqs edir və piylənmə ilə azda olsa mübarizə aparırlar (ans press).