Ağdamda “Azərisıq” ASC-nin iki əməkdaşı bıçaqlanıb, digəri isə döyülüb.
“Azərisıq” ASC-nin Ağdam Elektrik Şəbəkəsi İdarəsinin əməkdaşları Tariyel Mirzəyev və Şükür Mirzəyev Ağdamın Quzanlı qəsəbəsində borclu abonent tərəfindən bıçaqlanıblar. İdarənin digər işçisi Elşən Əzizov isə döyülüb. İlkin məlumata görə, hadisəni törədən şəxs borcu çox olduğundan elektrikin verilişinin dayandırmaq üçün gələn işçilərə qarşı bu hərəkəti edib.
Hər iki yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Unikal.org
Faktla bağlı araşdırma aparılır.