Bakıda Saleh Rüstəmova azadlıq aksiyası

Bu gün bir qrup şəxs Bakıda Fəvvarələr meydanında Qarabağ qazisi, hazırda həbsxanada aclıq elan etmiş Saleh Rüstəmova azadlıq tələbi ilə aksiya keçirib.


Saleh Rüstəmliyə azadlıq aksiyasında saxlanılanların bir qrupu:

  1. Tofiq Yaqublu (Müsavat)
    2.İlkin Rüstəmzadə
  2. İlham Huseyn (AXCP)
    3.Babek Hesenov (AXCP)
  3. Elman Quliyev
  4. Zafar Ahmadov (AXCP)
  5. Ali Imanhanli (AXCP)
  6. Elnur Quliyev (AXCP)
  7. Mete Türksoy
  8. Yegana Rustamova
  9. Nigar Hezi
  10. Əziz Məmiyev (Müsavat)
  11. Aynur Dadaşova (bitərəf)
  12. Quliyev Səyyad (AXCP)
  13. Gülnarə Rahimova (AXCP)
  14. Tunzale Amirova (AXCP)
  15. Saqif Qurbanov (AXCP)
  16. Mehriban Huseynli (AXCP)
  17. Afa Ceferova (AXCP)
  18. Elnur Quliyev (AXCP)
  19. Namiq Abbasaliev (AXCP)
  20. Mətanət Turan (AXCP)
  21. Rza Sefersoy
  22. Tahir Mirzə (AXCP)
  23. Sevda İsmayılova (AXCP)
  24. Sevinc Sevinc
  25. Ayxan Hacıbəyli (Müsavat)
  26. Nata Katamadze (AXCP)
  27. Əhmədova Konul (AXCP)
  28. Yegana Rustamova (Saleh Rüstəmlinin bacısı)
  29. Ahmad Mammadli (D18 Hərəkatı)
  30. Əmrah Təhməzov
  31. Tofiq Memeduv (AXCP)
  32. Metanet Ismayil (Müsavat)
  33. Farid İmanov (TGM)
  34. Paşa Dadaşzade (AXCP)
  35. Novruz Əliyev (REAL)
  36. Emin Xelili
  37. Firəngiz Həsənova (Saleh Rüstəmlinin xalası qızı)
  38. Rüstəm İsmayılbəyli
  39. Sevil Muradova (AXCP)
    Bir nəfər azyaşlı da daxil olmaqla 40 nəfərə yaxın vətəndaş saxlanılıb. Yaşlı bir kişinin başı partladı və oğlu ilə birlikdə tutuldu.
    Siyahı yenilənir.

Hadisə yerində olan şəxslərin bildirməsinə görə, “Saleh Rüstəmova azadlıq” şüarı ilə keçirilən aksiyada ümumilikdə 40 civarında şəxs saxlanıb.

+++

Bakının mərkəzi ərazilərində “Saleh Rüstəmova azadlıq” şüarı yenə də səslənməkdədir. Yeni saxlananlar var. Saxlananlardan biri Saleh Rüstəmovun bacısı Yeganə Rüstəmova olduğunu deyib.

+++

Bakıda Fəvvarələr meydanında Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmova azadlıq tələbi ilə keçirilən aksiya zamanı 15 nəfərə yaxın şəxsin saxlanıldığı deyilir. Onların arasında NİDA Vətəndaş Hərəkatının, Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Müsavat Partiyasının fəallarının və müstəqil gənclərin olduğu bildirilir.

AXCP-dən verilən məlumata görə, Milli Şuranın, Müsavat Partiyasının üzvü Tofiq Yaqublu və aksiyanın təşkilatçısı İlkin Rüstəmzadə də saxlanıb.

DİN-in münasibəti…

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov “Turan”a bildirib ki, aksiyanı keçirməyə cəhd edənlər qanunu kobud şəkildə pozublar: “Çünki aksiya razılaşdırılmamış aksiyadır, koronavirus pandemiyası dövrünə təsadüf edir. Ona görə də bu cür aksiyaların qarşısı qətiyyətlə alınacaq”.

+++

Bəzi aksiya iştirakçıları “İlham Əliyev istefa” şüarı da səsləndiriblər. Onları polislər saxlayıblar.

Daha sonra Bakının mərkəzindəki “Fəvvarələr meydanı”nda yenidən “Saleh bəyə azadlıq” şüarı səsləndirən bir qrup hərəkət edib. Onlar da saxlanılıb.

+++

Bu gün, dekabrın 1-i saat 14:50-də Bakıda bir çox gənc fəal “Saleh Rüstəmova azadlıq”, “Bütün siyasi məhbuslara azadlıq” şüarı ilə aksiya keçirməyə başlayıb. Amma polis onların qarşısını kəsərək aksiyanın davam etməsinə imkan verməyib. Həmin vaxt saxlanan bəzi fəallara fiziki güc də tətbiq edilib.

Baş verənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikri ilə razılaşmırlar. Rəsmilər vurğulayırlar ki, siyasi məhbus kimi təqdim edilən şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.

Bir qədər sonra yenidən meydanda başqa qruplar eyni tələbləri səsləndirməyə başlayıblar, onların da qarşısı alınıb.

Mitinqin təşkilatçılarından birinin saxlandığı deyilir

Gədəbəy Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Saleh Rüstəmovun azadlığı tələbi ilə təyin olunan etiraz aksiyasının təşkilatçılarından biri Mete Türksoyun saxlanıldığı bildirilir.

Bu barədə onun yoldaşlarından biri məlumat verib. Onun sözlərinə görə, bu gün, dekabrın 1-də M.Türksoyu Nəsimi rayonunda yerləşən Koala Parkın yanında mülkigeyimli şəxslər saxlayıb və naməlum istiqamətə aparıblar.

Bu deyilənlərlə bağlı Daxili İşlər Nazirliyindən, hələlik, münasibət öyrənmək mümkün olmayıb.

İctimai fəallar İlkin Rüstəmzadə və Mete Türksoy bir neçə gün öncə Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət etmişdilər. Müraciətdə bildirilirdi ki, onlar Bakıda dinc, sivil aksiya keçirmək istəyirlər. Onlar BŞİH-dən aksiya iştirakçılarının təhlükəsizliyinin təmin olunmasını xahiş edirdilər. Müraciətə, hələlik, cavab bəlli deyil.

Hazırda həbsdə olan Saleh Rüstəmov 26 gün öncə, noyabrın 5-də aclıq aksiyasına başladığını açıqlayıb. Yaxınları bildirib ki, S.Rüstəmov aksiyaya səbəb kimi icrasına başlanan Amnistiya Aktına düşməməsi, qanunsuz olaraq üç ildən artıqdır həbsdə saxlanması və ailəsinin mülkünün müsadirəsini göstərib.

Azadlıq radiosu