Ilham Əliyevin antiİran hoqqabazlığı

Milli Şuranın sədri, professor Cəmil Həsənli

Xəbər verildiyi kimi noyabrın 28-də Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV sammitində İlham Əliyev İran prezidenti İbrahim Raisi ilə görüşüb, bir sıra ikitərəfli və beynəlxalq məsələləri müzakirə ediblər. Qafqaz regionunda, əsasən Azərbaycanda ABŞ və İsrailin fəallığının artmasından narahatlğını bildirib. Hətta Aşqabad sammiti zamanı Azərbaycan, İran və Türkmənistan arasında qarşılıqlı qaz tədarükü (swap) üzrə üçtərəfli saziş də imzalanıb.

sionist terrorizmi regionda təhlükəli iki faktordur və onlara qarşı çıxmaq vacibdirəs sual olunur: son bir necə həftə ərzində İranla bağlı baş verən hoqqabazlıqlar nəyə görə idi? Aydın məsələdir ki, İlham Əliyev anti-İran ritorikasında Vaşinqton demokratiya toplantısına dəvət almaq istəyirdi və məlum yəhudi lobbisi də bu işdə ona kömək edirdi. Bu keçmədi. O, diktatorlar listəsində öz yerində saydıqdan və Rəisinin bəzi məzəmmətlərini eşitdikdən sonra yenidən İranla əvvəlki “mehriban qonşuluq” siyasətinə qayıtdı. Məsələn, Birləşmiş Ştatlara və İsrailə münasibətlə bağlı Raisi açıqca dedi ki, “Biz regionda təhlükəsizliyin olmamasına və region ölkələrinə xarici müdaxilənin olmasına yol vermirik, sionist terrorizmi regionda təhlükəli faktordur və ona qarşı çıxmaq vacibdir, xarici müdaxilə region ölkələrinə zərər vurur və biz onların sui-qəsdinə qarşı sayıq olmalıyıq”. İlham Əliyev də cavabında qeyd etdi ki, “bu görüş iki ölkə arasında münasibətlərdə dönüş anı olacaq və biz İran İslam Respublikasının regional maraqlarının təmin edilməsinə sadiqik”. Bax belə! Bəs o ritorika nə üçün idi?