Nağıyevlərin şirkəti vətəndaşı aldadıb

Nərimanov rayonu Mayakovski küçəsi 8/9 ünvanında yerləşən yataqxana binası söküləndə sakinlər sevinmişdi. Onlara bildirilmişdi ki, yaşadıqları sahəyə uyğun mənzillərlə təmin ediləcəklər. Bina tikilinə qədər isə onlara kirayə haqqı ödənəcək.


Nəbiyeva İradə uzun illər “Azərmetal” İstehsalat Birliyində çalışıb. Ev növbəsində olduğu üçün ailə üzvlərinin sayına həmin yataqxanadan onlara otaqlar verilib. Yaradılmış komissiyanın hesablanmasına görə İradə Nəbiyeva 62 kvadrat metr yaşayış sahəsi hesablanıb, əlavə olaraq isə 20 kvadrat metr verilməli olduğu halda , indi ona yaşayış sahəsi hər mənzildə 18 kvadratmetr olmaqla cəmi 36 kvadrat metrlik ayrı-ayrı iki mənzil təklif olunur. Bu isə onu heç qane etmir.

İradə Nəbiyeva ilkin müqavilə bağlanarkən aldadıldığını da bildirib. Dərhal müqaviləni dəyişməyi istəsə də buna imkan verilməyib. İşin məhkəmə qaydasında həll olunması deyilib. Məhkəmələr isə tikinti şirkətinin əsl sahibinin ( RR Construction MMC-nin sahibi Nadir Abdullayev göstərilsə də, şirkətin əsl sahibinin DTX rəisi Əli Nağıyevin qardaşı Vəli Nağıyev olduğu bildirilir) qorxusundan konkret qərar verməyə çətinlik çəkib. Tikinti şirkəti binanı müqavilə üzrə nəzərdə tutulan vaxta da təhvil verməyib. Ödədiyi kirayə haqqını da kəsib.
Şikayətçi İradə Nəbiyeva məsələ ilə bağlı Prezidentə, birinci vitse-prezidentə müraciət etsə də heç bir cavab ala bilməyib.
Ərazidə çəkiliş apararkən Tikinti şirkətinin əməkdaşları çəkilişə maneə olmaq istəyib, amma mövqe bildirməkdən yayınıblar. Buna baxmayaraq onların da mövqeyini dərc etməyə hazırıq.


azadliq.info