Naxçıvanda iş adamı və kürəkəni 2 aylıq həbs olundu

Noyabrın 8-də Sədərək Gömrük İdarəsində baş verən insidentdən sonra həbs olunduqları bildirilən, amma yaxınlarının və mətbuatın heç bir  xəbər ala biləmədiyi iş adamı Məhəmməd Qurbanovla onun kürəkəni Nadir Məmmədov barədə yeni xəbər var.
Naxçıvandakı mənbələrdən “Azadlıq”a bildirilib ki, M.Qurbanov və N.Məmmədov bu gün məhkəmə qarşısına çıxarılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 315.1 maddəsilə ittiham irəli sürülüb. Məhkəmə onların hər ikisini istintaq dövrü üçün 2 ay müddətinə azadlıqdan məhrum edib.