«Paşa Holdinq»lə eyni ünvanda yerləşən şirkət – 60 Milyon Manatlıq Tenderi Uddu

“Azərsu” ASC Mingəçevir (1) və Şirvan (2) şəhərlərinin su-kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

Dövlət satınalmalarının vahid internet portalında verilən məlumata görə, tenderlərin qalibləri müvafiq olaraq “Nort Vest Konstrakşn” MMC və “Azərsutəchizattikinti” ASC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 40,736 milyon manat və 19,181 milyon manat, ümumilikdə 59,917 milyon manat ödəniləcək.

Xatırladaq ki, “Nort Vest Konstrakşn” “Azərsu”yun Qax və Salyan şəhərlərinin su-kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı elan etdiyi 2 tenderdə də qalib elan edilib. Bu işlərə görə şirkətə ümumilikdə 63,072 milyon manat ödənilib.

Qeyd edək ki, sözügedən şirkət Bakı Şəhəri Nəsimi Rayonu, Neftçilər prospekti, ev 153-də qeydiyyatdan keçib. Həmin ünvan həm də «Paşa Holdinq»in qeydiyyat ünvanıdır. Şirkətin qanuni təmsilçisi Elçin Bədəlovdur.

Report