Türk vətəndaşının yeddi illik mücadiləsi

İş qurmaq istədi, dələduzluqla üzləşdi

Türkiyə Vətəndaşı Yağcı Yavuz Cabbar oğlu 2014-cü ildə Bakıya gəlib. O, Mehman İnsanov və Asif Cəbrayılovla birlikdə iş quracağını düşünüb. Buna görə də müxtəlif vaxtlarda onlara 38000 (otuz səkkiz min ) ABŞ dollar pul verib. Qarant olaraq da Qaraçuxur qəsəbəsində olan evdə yaşaması üçün Yavuz Yağcıya şərait yaradılıb. Hər hansı bir problem yaşanacağı təqdirdə evin ona veriləcəyinə söz verilib. Yavuz Yağcı həmin evdə yaşadığı müddətdə komunal xərcləri öz adına ödəyib.
2016-cı ildə Mehman İnsanovun qaynanası Validə Süleymanova, qardaşları Niyaz və Kənan İnsanovlar ona qarşı zorakılıq edərək evdən çıxarıblar. Suraxanı Polis İdarəsinə şikayət edəndə isə ona bildiriblər ki, ev Hənifə Aslanovaya məxsusdur. Bundan sonra pulunun geri qaytarılması üçün şikayətçi olub. İş Suraxanı Rayon Polis İdarəsində araşdırılıb, daha sonra Bakı Şəhər Baş Polis İdarəsinə göndərilib. İstintaqın yekununda Mehman İnsanov və Asəf Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2 maddəsi təqsirli bilinib. Mehman İnsanov barəsində həbs qətimkan tədbiri seçilib. Asəf Cəbrayılov barəsində axtarış elan olunub. Rusiyanın Tümen şəhərindən həbs olunaraq Azərbaycana gətirilib. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Zərərçəkmişi “zərərsizləşdirmək” cəhdi


2017-ci ildə mart ayında viza almaq üçün Gürcüsatana gedən Yavuz Yağcıya Azərbaycana qayıtmağa əngəl yaradılıb. Yavuz Yağcı bunun da hansı yollasa qəsdən edildiyini düşünür. Onun ölkəyə girməsinə “stop” qoyulması onun inzibati xəta törətməsi ilə əlaqələndirilsə də, qanunvericilikdə bunun 3 dəfə inzibati xəta törədənlərə şamil olunması göstərilir. Lakin Yavuz Yağçı Azərbaycanda olduğu müddətdə cəmi iki dəfə İXM ilə cəzalandırılıb.
Yavuz Yağcı məcburiyyətdən Türkiyəyə qayıdıb. 2017-ci ilin may ayında Bakı Ağır Cinayətlər Məhkəməsində Mehman İnsanovun işi üzrə məhkəmə işinə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılıb. Zərərçəkmişin ölkədən çıxarılmasına nail olan təqsirləndirilənlər məhkəməyə saxta sənəd təqdim ediblər. Yavuz Yağçının iddiasına görə bu işdə məhkəmənin də marağı olub. Çünki bununla bağlı hakim Əhməd Quliyevin koməkçisi ilə Yavuz Yağcı arasındakı səs qeydləri var. Həmçinin təqsirləndirilən şəxsin yaxın qohumları tərəfindən Yavuz Yağçının hədələnməsi, onun açıq şəkildə şərlənməsi barədə də Türk vətəndaşında səs qeydləri var. Yekunda məhkəmə Mehman İnsanovun istintaq dövrü həbsdə qaldığı müddəti çıxmaqla ona şərti cəza verib. Asəf Cəbrayılovun işi isə Xətai rayon məhkəməsində hakim Nazim Tağıyevin sədrliyi baxılıb. Ona da həbslə bağlı olmayan cəza verilib. Yavuz Yağcı bu məsələdə də istintaqın qərəzli olduğunu düşünür. Onun qənaətinə görə iş məhkəməyə bir yerdə getməli, Mehman İnsanov və Asəf Cəbrayılov birlikdə mühakimə olunmalı idilər. O zaman onların mütəşəkkil dəstə olmaları ortaya cıxacaqdı.


Saxta sənəd iş materillarına necə daxil olub?

2019-un mart ayında Azərbaycana qayıdan Yavuz Yağcı həmin iş materialllarında digər bir cinayətin üstünü açır. Belə ki, təqsirləndirilən şəxs tərəfindən ona pulların ödənilməsinə dair Türkiyə Respublikası, İstanbul şəhərində yerləşən 22 saylı notariat ofisinin saxta hazırlanmış notariat sənədi məhkəməyə təqdim edilib. Həmin sənəd müvafiq qaydada apostillə edilməmiş, guya 29.09.2017-ci ildə notariat kontorunda təsdiq edilmiş, həmin gündə Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

Bununla bağlı Yavuz Yağçı Türkiyə Respublikası İstanbul Baş Prokurorluğu Saxtakarlıq və Fırıldaqçılıq Bürosunun verdiyi arayışla həmin sənədin saxta olduğunu ortaya qoyur. Bu sənədlə ötmüş müddəti bərpa etdirə bilir. Və hər iki məhkəmə hökmündən apelyasiya şikayəti verir.
Ağır Cinayətlər Məhkəməsini hökmündən verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində Hakim Rizvan Səfərovun sədrliyi ilə baxılır. Daha sonra o təqaüdə çıxdığı üçün işə hakim Qədim Babayevin sədrliyi ilə baxılır. Hökm qüvvədə saxlanılır. Xətai Rayon Məhkəməsinin hökmündən verilən şikayətə isə hakim Elman Rəhimovun sədrliyi ilə baxılır və şikayət təmin olunmur. Yavuz Yağcı hər iki qərardan Ali Məhkəməyə kasasiya şikayət verir.
Ali Məhkəmədə hər iki şikayət qismən təmin olunaraq yenidən apelyasiya Məhkəməsinə qaytarılır ( Mehman İnsanovla bağlı işə Fərhad Kərimov , Asəf Cəbrayılovla bağlı işə isə hakim İlqar Qılıcovun sədrliyi ilə baxılıb) .

Hakim təqsirləndirilənlərin tərəfini tutur


Apelyasiya instansiyasına qayıdan Mehman İnsanovla bağlı işə hakim Elmar Rəhimovun sədrliyi ilə baxılıb. Yavuz Yağcıya Mehman İnsanov tərəfindən 25 min manat ödənilib.
Asəf Cəbrayılovla bağlı işə isə hakim Kamran Əkbərovun sədrliyi ilə baxılır. Lakin şikayətçi məhkəmənin gedişindən narazıdır. Yavuz Yağcının bildirdiyinə görə hakim təqsirləndirilən şəxsin xeyrinə çalışır. Asəf Cəbrayılovdan ona dəymiş zərər 10 min manat məbləğində hesablansa da hakim həmin məbləğin ödənilməsində maraqlı deyil. Növbəti məhkəmə prosesi noyabrın 24-nə təxirə salınıb.
Şikayətçi Yavuz Yağcı eyni zamanda onun 38 min dollar pulunun 2014-cü ilin məzənnəsi ilə hesablanmasının da əleyhinədir. Məhkəməyə təqdim olunmuş saxta sənədlə bağlı heç bir araşdırılma aparılmaması Türkiyə vətəndaşını narazı salan səbəblərdəndir.


azadliq.info