Büdcəni çökdürən Əliyevin korrupsiyasıdır

Milli Şuranın sədri, professor Cəmil Həsənli

Yadınızdadırmı ötən ilin yazında Pandemiya ilə bağlı 600 min nəfərə yaxın adama 3 ay ərzində 190 manat sosial yardım verdikdən sonra İlham Əliyev bəyan etdi ki, dövlət bundan artıq bir şey edə bilməz. Dövlətin bundan artıq imkanı yoxdur. Heç bilirsinizmi 600 min ölkə vətəndaşına 3 ay ərzində edilən sosial yardımın toplan həcmi Pandora Papersdən çıxan ailə mülklərinin toplan dəyərinin 1/3-i (üçdə biri) qədərdir.

Heç bilirsinizmi 2,5 milyon nəfərə yaxın Azərbaycan körpələri niyə uşaq pulundan məhrum edilib? Çünki bütün Azərbaycan uşaqlarının puluna İlham Əliyev öz uşaqlarına aşağıda şəkli, ünvanı və qiyməti göstərilən dəbdəbəli London mülklərini alıb. Yadızdadırmı hakimiyyət mirzələri əsaslanırmaq istəyirdilər ki, bu qədər uşağa aylıq sosial müavinət verilsə büdcə çökər. Amma hər kəs bilir ki, büdcəni çökürdən uşaq pulu deyil, açılan və açılmayan London mülkləridir.

Yadınızdadırmı İlham Əliyev son iki icra başçısı təyinatında “şikayətləndi” ki, “əgər korrupsiya, rüşvətxorluq halları olmasaydı, baxın, bizim dövlət büdcəmiz nə qədər artardı, bizim imkanlarımız nə qədər genişlənərdi”. Bəs bu korrupsiya və rüşvətxorluq hallarını, büdcə oğurluğu və soyğunçuluğunu, transmilli rüsvayçlıq və milli rəzaləti stimullaşdıran, şəbəkələşdirən, korrupsiya və rüşvəti dövlət idarəçiliyi siyasətinə çevirən kimdir? Bəlkə aşağıda sıralanan 700 milyon dollarlıq London mülkləri korrupsiya və rüşvət hesabına deyil, Əliyevlərin ölkədən topladığı fitrə və zəkat hesabına alınıb?