Yəhudi icmasından Söyün Sadıqova dəstək

Rusiya Yəhudi Milli-Mədəni Muxtariyyatı «AzərRos» prezidenti Söyün Sadıqovu müdafiə edən bəyanatla çıxış edib.

Qurumun “Azadlıq”a göndərdiyi müraciətində deyilir:

Rusiya Yəhudi Milli-Mədəni Muxtariyyatı AzərRos AFMK prezidenti Söyün Sadıqova qarşı hucumlardan narahatdır.
AzərRos AFMK və onun prezidenti ilə on ildən artıqdır fəal əməkdaşlıq edən bizim təşkilat kənarda qala bilmir və ona dəstəyini ifadə edir.
Uzun illər ərzində ictimai işimizdəki ünsiyyət və ictimai əlaqəyə görə biz Sadıqovu fəal və aydın məqsədi olan şəxs kimi tanıyırıq. O hər zaman bizi inadkarlığı və əzmkarlığı ilə heyrətləndirir. Söyün Sadıqovu yaxından tanıdıqca biz Azərbaycanı, onun xalqını və mədəniyyətini daha çox sevirdik. Onun səmimiyyəti və etibarlılığı hər zaman bizim rəğbətimizi qazanıb. Biz görürdük ki, onun gücü, enerjisi və sağlamlığı Rusiyada millətlər arası sülhə və həmrəyliyə, həmvətənlərinin bu ölkənin tam hüquqlu vətəndaşı olmasına istiqamətlənib. S.Sadıqovun rəhbərlik etdiyi «AzərRos» AFMK artıq öz 13 illiyini qeyd edib. Bütün bu illərdə o fəallığı, Azərbaycan xalqının mədəni dəyərləri, dini və dilinə olan qayğısı ilə seçilib. Bu illər ərzinedə təşkilat və onun prezidenti tərəfindən böyük işlər görülüb. “AzərRos” AFMK daim Azərbaycan xalqının dilinin və mədəniyyətinin inkişafına yönələn müxtəlif tədbirlər keçirir. Muxtariyyat bir növ ziyalıların, ictimai xadimlərin, siyasətçilərin, müxtəlif ictimai birliklərin, o cümlədən milli birliklərin nümayəndələrinin görüş meydançasına çevrilib və orada biz müxtəlif problemləri müzakirə edə bilirik.
Sadıqov bütün qəlbi ilə xalqına görə ürəyi yanır. Onun ictimai fəaliyyətində üzləşdiyi bir çox problemlər keyfiyyətli həll və məsuliyyətli yanaşma tələb edir. Rusiyanın müxtəlif regionlarında yaşayan azərbaycanlıların böyük diqqətə ehtiyacı var və onlar öz iqtisadi, sosial və mədəni imkanlarının tam reallaşdırmaq istəyirlər. Bu məsələlərin həllinə istiqamətlənən yeni strukturların yaradılması inkişafın müsbət və konstruktiv vektorudur. Azərbaycan diasporasının birlik və konsolidasiya yolu ilə getdiyi görmək bizi sevindirir. Bu kontekstdə aparıcı qüvvələrindən biri «AzərRos» AFMK və onun prezidenti olan Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) yaradılmasını düşünülmüş və konstruktiv addım kimi qiymətləndiririk. Federal Yəhudi Milli-Mədəni Muxtariyyatı maraqlı tərəfləri öz fəallığını Azərbaycan diasporasının və onun imicinin Rusiyada yaşayan digər xalqların nümayəndələrinin gözündə gücləndirilməsinə yönəltməyə çağırır.

Baş direktor Yevgeniya Abramovna Mixaleva