Yeni texnologiya o deməkdir ki, ABŞ və Britaniya təsəvvür edilməz həcmdə neft və qaz hasil edə biləcək.
Böyük Britaniyanın keçmiş energetika naziri Naycel Lousen Daily Mail nəşrinə aıqlamasında şist qazının hasilatını bu qədər iqtisadi sərfəli edən texnoloji inqilabdan daha taleyüklü və sürətlisini görmədiyini deyib. Son vaxtlara qədər şist qazının hasilatı çətin həyata keçirilən iş idi. Ancaq iki innovasiya texnologiyası – təbii ehtiyatların çıxarılması üçün üfuqi qazma və frekinq vəziyyəti dəyişib. Bunun nəticəsini təsəvvür etmək çətin deyil. Təkcə iqtisadi səmərə baxımından deyil, həm də geosiyasi mənada.
Son zamanlara qədər Qərb qeyri-stabil Yaxın Şərqin və etibarsız Rusiyanın neft və qazından asılı idi. İndi hər şey dəyişib, çünki qazlı şist bütün dünyada, o cümlədən də Böyük Britaniyada var. Bu köhnə dünya düzənini silkələyib. Dünyada hakimiyyət balansı göz qabağında dəyişir.
Ən vacib xəbər odur ki, 2017-ci ildə ABŞ neft istehsalına görə Səüdiyyə Ərəbistanını geridə qoyacaq. Bu barədə xəbərlər bir neçə həftə əvvəl ortaya çıxıb. ABŞ artıq dünyada böyük təbii qaz istehsalçısıdır və ehtimal olunur ki, 2035-ci ilə Yaxın Şərq neftinin və qazının 90%-i Asiyaya ixrac ediləcək. Həmin vaxtı ABŞ demək olar heç nə idxal etməyəcək. Onilliklərlə bütövlükdə Qərb və Birləşmiş Ştatlar xarici siyasətini Yaxın Şərq nefti və qazından asılılığı nöqteyi-nəzərindən formalaşdırırdı. Daha belə olmayacaq, o dövr bitdi.
Onilliklərlə Avropa Rusiyanın onun asılı olduğu qazın qarşısını kəsəcəyindən qorxurdu. Daha belə olmayacaq, o dövr bitdi. Şist qazı inqilabı hesabına Qərbin energi müstəqilliyi dünya siyasətinin şərtləri dəyişəcək.
Amma bu o demək deyil ki, Qərb Yaxın Şərqdə müharibə təhlükəsinə, yaxud «Əl-Qaidə» terroruna laqeyid qalacaq. İran hələ ki, nüvə silahı ambisiyalarından əl çəkmir. Bu eyni zamanda Putin Rusiyasının öz əhəmiyyətini itirəcəyi də demək deyil.
Ancaq bu o deməkdir ki, Qərb bu regionlardan asılı qalmayacaq.
Şist inqilabı nəticəsində isə Yer kürəsi əhalisini 250 il qazla təmin edə biləcək.
Azadlıq.info