İran dövlət televiziyası Press TV-nin məlumatına görə, 3 min ABŞ əsgəri Küveyt üzərindən Suriya və Şimali İraqa daxil olub.
Press TV-nin iddiasına görə, mərhələli olaraq İraqa daxil olan ABŞ əsgərlərinin böyük hissəsi Səlahəddin şəhərindəki Balad hərbi qarnizonun Əl Əsəd hava bazasına giriblər.
İran televiziyası daha 17 min ABŞ əsgərinin gizlicə İraqa girəcəyini bildirir.
Ötən il sonu İraqdakı ABŞ əsgərləri, bu ölkədə yalnız 157 əsgərini diplomatik missiyaları icra etmək üçün saxlayırdı.


