Avropa Məhkəməsi hakimiyyəti yenə cərimələdi

AİHM daha bir qərarında 18-ci maddənin pozuntusunu tanıdı

Avropa Məhkəməsi bu gün Demokratiya və İnsan Haqları Resurs Mərkəzi və Əsabəli Mustafayev Azərbaycana qarşı işi üzrə qərarını elan edib.

Qərara görə:

Ərizəçilərin mülkiyyət, səmərəli müdafiə vasitələrinə malik olmaq, hərəkət azadlığı hüququna müdaxilə baş verib. AİHM həmçinin qərar verib ki, hərəkət azadlığı və mülkiyyət hüququ ilə birgə götürülməklə ərizəçilərin Konvensiyanın 18-ci maddəsi ilə təminat altına alınan hüquqları da pozulub.

Qərara görə, hökumət birinci ərizəçiyə 8 min, ikinci ərizəçiyə 15 min avro təzminat ödəməlidir. Xərc məsrəflərə görə, 1900 avro təzminat ödəniləcək.