Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Qarabağ münaqişəsinin həll olunmamış qaldığını bildirib, Azərbaycan parlamenti “Müstəqillik Günü haqqında” qanun layihəsini müzakirə edib – ətraflı BBC NewsAzərbaycancanın icmalında.
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Qarabağ münaqişəsinin həll olunmamış qaldığını bildirib.
“Təəssüf ki, bu gün bizim regionda vəziyyətin tam sabitliyindən danış olmaz. Gördüyünüz kimi, Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır və aydındır ki, bizim bölgədə münaqişənin həlli və təhlükəsizliyin təmin edilməsində Rusiya önəmli rol oynayır və ATƏT Minsk qrupunun həmsədridir. Bütün bu məsələlər vacibdir və mən bu gündəliyi sizinlə müzakirə edəcəyinə şadam”, – Paşinyan görüşün jurnalistlər üçün açıq hissəsində deyib.
Paşinyan tez-tez keçirilən görüşlərin “Rusiya-Ermənistan münasibətlərinin yüksək dinamikasına və strateji müttəfiqlik əlaqələrin önəmli olmasının qarşılıqlı anlaşmasına dəlalət edir”.
Rusiya Prezidenti bu kimi şəxsi görüşlərin məhsuldar və nəticə əldə etmək üçün yaxşı imkan olduğunu qeyd edib.
“Biz formal və qeyri-formal şəraitdə söhbət edərik, birlikdə nahar edər və cari işləri müzakirə edib, perspektivlərdən danışarıq. Bu yaxınlarda həmçinin MDB sammiti gözlənilir, mən də bununla bağlı saatlarımızı sizinlə tutuşdurmaq istərdim”, – Putin deyib.
Vladimir Putin, həmçinin, qarşılıqlı əlaqələrin əsas məsələsi regionda bu gün və uzunmüddətli perspektivdə vəziyyətin nizamlanması olduğunu bildirib.
Azərbaycan bundan əvvəl verilən açıqlamalarda Qarabağ münaqişəsinin həll edildiyini bildirir.
Daha əvvəl Kremlin mətbuat xidməti Putinlə Paşinyanın danışıqları əsnasında Rusiya, Ermənistan və Azərbaycan ölkə başçıları arasında Dağlıq Qarabağ üzrə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatların həyata keçirilməsinin gedişi, habelə regionda sabitlik və təsərrüfat əlaqələrinin möhkəmlənməsi üzrə gələcək addımlarin nəzərdən keçirilməsinin gözlənildiyini bildirib.
2021-ci ildə Putin və Paşinyan arasında üç görüş keçirilib, onlar 10 dəfədən çox telefonla danışıblar.
Bbc azeri