Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Yevlax rayon şöbəsinin müşavirəsi keçirilib. Müşavirədə yerli şöbənin üzvlərilə yanaşı, partiya yetkililəri də iştirak edib.
Bu barədə “Azadlıq”a məlumat verən AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib ki, müşavirədə əvvəlcə ölkədəki ictimai siyasi durum müzakirə olunub. Gözəl Bayramlı özü, həmçinin partiyanın digər fəalları son vaxtlar ölkədə baş verənlərlə əlaqədar fikirlərini bölüşüblər.
AXCP sədri Əli Kərimliyə qarşı sui-qəsd planının ifşası da müzakirə mövzularından olub. Toplantı iştirakçıları bəyan ediblər ki, Əli Kərimliyə qarşı bu cür çirkin üsullardan istifadə onları hiddətləndirsə də, belə cılız hərəkətlər onları mübarizədən çəkindirə bilməz.
Sonda AXCP-nin Yevlax şöbəsinə müraciət edən on nəfər partiya sıralarına yeni üzv qəbul olunub.