Misir hərbiyyəsi prezidentin tərəfdaşları ilə əleyhdarları arasında davam edən qarşıdurmanın çözülmədiyi təqdirdə hadisələrə reaksiya verməli olacağını bildirib.
Ordunun nümayəndəsi zorakılığın nəzarət altından çıxacağına yol verməyəcəyini deyib.
Cümə günü prezident iqamətgahı qarşısında toplaşan mitinq iştirakçıları tikənli məftildən qurulmuş təhlükəsizlik hasarını yara biliblər.
Ötən çərşənbə axşamı tərəflər arasında toqquşmalarda 5 nəfər ölüb.
600 adam xəsarət alıb.
Müxalifət bildirir ki, əlavə səlahiyyətlər götürən prezident ölkəni Mübarək dövrünə sürükləyir.
Ötən ay məhkəmə hakimləri prezident Mursinin səlahiyyətlərini genişləndirən fərmanı ədliyyə sisteminə təzyiq kimi dəyərləndiriblər.


