Həmas 25 illiyini qeyd edir

 

Uzun illərdən bu yana ilk dəfədir ki, qrupun Lideri Xalid Məşəlin Qəzzada nümayişçilər qarşısında çıxışı gözlənilir.

O Həmasın yeni stratekiyası və prezident Mahmud Abbasın rəhbərlik etdiyi Fəth hərəkatı ilə münasibətlərdən danışacaq.
Xalid Məşəl 1967-ci il İsrail-Fələstin münaqişəsindən sonra Qəzzə bölməsini tərk edib.

Qrupunun keçmiş lideri Şeyx Yasin 2004-cü ildə İsrail tərəfindən öldürüldükdən sonra Həmasa Məşəl rəhbərlik edir.

2007-ci ildən Qəzzəyə Həmas nəzarət edir.
İordan çayının qərb sahili isə prezident Mahmud Abbas hökumətinin nəzarətindədir.

ABŞ, İsrail və Avropa ölkələri Həması terrorçu təşkilat hesab edirlər.
Bu ilin noyabrında Qəzzədə Həmasla İsrail ordusu arasında gedən döyüşlərdə 170 fələstinli və 6 israilli ölüb.

Bu günlərdə BMT-nin Baş Assambleyasının iclasında Fələstinə BMT-də “müşahidıəçi dövlət” statusu verilib.

Səsvermə zamanı 138 ölkə sənədin lehinə, İsrail, ABŞ, Kanada, Panama və Çexiya da daxil olmaqla 19 ölkə isə əleyhinə səs verib.

İsrail isə buna cavab olaraq Fələstin müxtariyyəti üçün yığılmış 100 milyonluq vergi və gömrük haqlarının verilməsini dayandırıb.