Berluskoni yenə baş nazir olmaq istəyir

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni  
Yenidən seçkilərdə mübarizə aparmaq fikrindədir.

Berluskoni belə bir bəyanatla, onun partiyası indiki baş naziri Mario Monti hökumətini dəstəkləməkdən imtina etdikdən 2 gün sonra çıxış edib.

Belə olsa o seçkidə 6-cə dəfə mübarizə aparacaq.
Milan məhkəməsi payızda Berluskonini maliyyə fırıldaqçılığında təqsirli bilərək ona 4 il iş kəsib.

Amma bir qədər sonra bu müddət amnistiya ilə 1 ilə salındı.
Çəkişmə illərlə vaxt apara bilər.